Ermənistanla münasibətlərin normallaşması prosesində Azərbaycanla əməkdaşlıq çərçivəsində hərəkət edirik — Əfqan Ala

0 4

Bakı. Trend:

Ermənistanla münasibətlərin normallaşması prosesində
Azərbaycanla əməkdaşlıq çərçivəsində hərəkət edirik.

Trend-in məlumatına görə,
bunu AK Parti sədrinin xarici əlaqələr üzrə müavini Əfqan Ala
deyib.

AK Parti sədrinin müavini qeyd edib ki, Ermənistanla
münasibətlərin daha da irəliləməsi üçün görüşlər davam edir: “Artıq
xüsusi nümayəndələrin görüşləri keçirilib. Münasibətlərin
yaxşılaşacağını gözləyirik. Ümid edirəm ki, onlar da eyni anlayış
içərisində görüşləri davam etdirərlər. Sadəcə iki ölkənin deyil,
bütün region dövlətləri üçün faydalı olacaq nəticələr əldə
ediləcək. Çünki hər kəs bilir ki, Azərbaycanın yox deyəcəyi işə biz
də əvvəldən yox demişik. Bunun başqa variantı yoxdur. Ona görə də
əlaqələrin inkişaf etməsinin bölgənin xeyrinə olduğunu düşünürük.
Azərbaycanla münasibətlərimiz çox yaxşıdır. Hər kəsin bu
qardaşlıqdan dərs çıxarması tövsiyə olunur. Biz heç kimin zərər
çəkəcəyi siyasət yürütmürük. İnanıram ki, Ermənistan da bu işə
töhfə verər”, — AK Parti rəsmisi bildirib.

Leave A Reply

Your email address will not be published.