FHN-in Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu “Partners & Business Bakı 2022” sərgisində iştirak edir

0 4

Bakı, 16 iyun, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu iyunun 16-18-də “Baku Crystal Hall”da təşkil edilən “Partners & Business Bakı 2022” sərgisində iştirak edir.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, sərgidə xüsusi stendlə təmsil olunan institutun fəaliyyət istiqamətləri, elmi-texniki ekspertiza, iş yerlərinin attestasiyası, deffektskopiya təlim-tədrisi, təhlükəli yük daşıyan avtomobillərə texniki baxışın keçirilməsi, həmçinin onların üzərində quraşdırılmış təhlükəli yüklərin daşınması üçün tutumların yuma-deqazasiya işlərinin görülməsi, texniki təhlükəsizlik bəyannamələrinin işlənməsi qaydalarını əks etdirən müxtəlif səpkili vəsaitlər ziyarətçilərin və iş adamlarının diqqətinə çatdırılır.

AZERTAG.AZ :FHN-in Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu “Partners & Business Bakı 2022” sərgisində iştirak edir

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Leave A Reply

Your email address will not be published.