Formula 1 Azərbaycan Qran-Prisini izləyənlərin sayı açıqlanıb

0 6

Bakı. Trend:

Paytaxtımız altıncı dəfə Formula 1 Azərbaycan Qran Prisinə ev
sahibliyi etdi. Təkcə yarış həftəsonunda Bakı yarışı barədə xarici
mediada yayımlanan xəbər sayı 20 minə çatıb.

Bu barədə Trend
Bakı Şəhər Halqasından məlumat verilib.

Qeyd edilib ki, avtoidmanın zirvəsi hesab olunan Formula 1
yarışlarını işıqlandırmaq üçün hər il yüzlərlə xarici jurnalist
paytaxta səfər edir. Qlobal televiziya izləyicisi 1.55 milyard olan
Formula 1 yarışlarını ESPN, Sky Sports, Motorsport, Autosport kimi
bir çox nüfuzlu idman kanalları və informasiya agentlikləri
işıqlandırır.

Ənənəvi media ilə yanaşı, Azərbaycan Qran Prisi sosial mediada
da gündəmdə olub. Təkcə Formula 1-in Youtube kanalında Bakı yarışı
haqqında video izləyicisinin sayı artıq 6 milyonu keçmişdir.
Tvitterdə isə yarış zamanı #AzerbaijanGP həştəqinin 128 milyon
görüntüsü olub.

Hər zaman gözlənilməz anlarla dolu olan Azərbaycan Qran Prisi
həm xarici medianın, həm də azarkeşlərin sevimlisinə çevrilib.
ESPN-in verdiyi məlumata əsasən, ötən il 2021 Formula 1 Azərbaycan
Qran Prisi ABŞ-da son iki ildə ən çox izlənilən avtoidman yarışı
(1.04 milyon izləyici ilə) adına layiq görülərək həmin ilin Monako
Qran Prisinin rekord izləyici sayını üstələmişdir.

Bundan başqa, Bakı yarışı ABŞ-ın məşhur onlayn platforması
Netflix-də yayımlanan “Drive to survive” serialında dörd mövsümdür
ki, yayımlanır. Beşinci mövsümün üçün çəkilişi üçün yaradıcı qrup
Bakı yarışını lentə aldı. Qeyd edək ki, bu platformanın qlobal
olaraq 221.64 milyon abunəçisi var.

Leave A Reply

Your email address will not be published.