Bakı. Trend:
Azərbaycan Qran Prisinin keçirilməsinə dair razılaşmanın
müddətinin uzadılması ilə bağlı “Fomrula-1” rəhbərliyi ilə
danışıqlara başlanılıb.
Bunu Trend-ə Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH)
icraçı direktoru Arif Rəhimov deyib.
A.Rəhimov deyib: “Biz Formula 1 ilə danışıqlara başlamışıq və
hələlik qərar barədə danışmaq tezdir. Onu deyə bilərəm ki, bunda
hər iki tərəf maraqlıdır və gələcəkdə düzgün balans tapsaq, o zaman
yarışın uzadılması ehtimalı var”.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyunda
keçirilib. Bakı trekinin uzunluğu 6 kilometr olub. Yarışlarda 10
komanda iştirak edib. Formula 1 Azərbaycan Qran Prisini canlı
izləmək üçün 9 tribunada 16700 oturacaq quraşdırılıb. Formula 1
Azərbaycan Qran Prisinin qalibi “Red Bull Racing” komandasının
niderlandlı pilotu Maks Ferstappen oldu.