Bakı. Trend:
Fransa və İspaniyanın bir çox bölgələrində anomal yüksək
temperatur müşahidə olunub.
Trend-in
məlumatına görə, Fransa meteorologiya xidmətləri 23 departamentdə
isti hava ilə əlaqədar təhlükə səviyyəsinin yüksəldiyini
açıqlayıb.
Qeyd edək ki, iyunun 15-də Tuluzada havanın temperaturu 35
dərəcə, Lionda 36 dərəcə və Bordoda 33 dərəcəyədək yüksəlib.
Sinoptiklər istilərin yaxın bir neçə gün ərzində də davam edəcəyi
ilə bağlı xəbərdarlıq edib.
İyunun 16-də Fransanın Atlantik okeanı sahilləri boyunca
yerləşən bölgələrdə, iyunun 17-də isə ölkənin cənubunda
temperaturun 40 dərəcədən yuxarı qalxacağı gözlənilir.
İstilər İspaniyaya da müşahidə olunur. İyunun 15-də ölkənin bir
çox bölgəsində havanın temperaturu 40 dərəcədən yuxarı qalxıb.
İspaniyanın 17 regionundan 9-da yüksək təhlükə səviyyəsi elan
edilib.