Futbol üzrə İtaliya millisi son 65 ildə ilk dəfə qapısından 5 top buraxıb

0 4

Bakı. Trend:

Futbol üzrə İtaliya millisi UEFA Millətlər Liqasının IV tur
matçında Almaniyaya 2:5 hesabı ilə uduzub.

Trend xəbər
verir ki, hesabı 10-cu dəqiqədə almaniyalı yarımmüdafiəçi Coşua
Kimmix açıb. İlk hissəyə əlavə olunmuş vaxtda onun komanda yoldaşı
İlkay Gündoğan penaltini dəqiq yerinə yetirərək komandasının
üstünlüyünü iki qola çatdırıb.

Almaniya millisi ikinci yarıdada rəqiblərinə heç bir şans
verməyib: Tomas Müller 51-ci dəqiqədə hesabı 3:0-a çatdırıb. Daha
sonra Timo Verner 2 dəqiqədə (68, 69-cu dəqiqələr) dubla imza
atıb.

Oyunun sonlarına yaxın italyanlar 2 qol vurmağa müvəffəq olub.
78-ci və oyunun əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə müvafiq
olaraq Wilfred Nyonto və Alessandro Bastoni fərqləniblər.

Qeyd edək ki, “Skuadra Adzura” 1957-ci ildən bəri ilk dəfə bir
matçda 5 qol buraxıb. O zaman italyanlar Yuqoslaviyaya 1:6 hesabı
ilə uduzmuşdular.

Leave A Reply

Your email address will not be published.