Gömrük Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib (FOTO)

0 10

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin Akademiyasında 15 İyun-Milli Qurtuluş
Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Akademiyanın
rəhbərliyi, əməkdaşları və tələbələri iştirak ediblər.

Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov
tədbirdə giriş nitqi ilə çıxış edərək Milli Qurtuluş Gününün tarixi
əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və
möhkəmləndirilməsində Ümummilli lider Heydər Əliyevin misilsiz
xidmətlərindən bəhs edib. Müstəqilliyin ilk iki ilində ölkədə ciddi
siyasi və iqtisadi tənəzzülün olduğunu və dövlət idarəetməsində
səriştəsizliyin hökm sürdüyünü qeyd edən Q.Novruzov xalqın təkidli
çağırışlarına cavab olaraq Heydər Əliyevin 1993-cü ilin iyununda
Naxçıvandan Bakıya qayıtmasının Azərbaycanın müasir tarixinə
həlledici dönüş nöqtəsi kimi daxil olduğunu bildirib. Qulu Novruzov
Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyəti nəticəsində
ölkəmizin dünyanın dinamik inkişaf edən, beynəlxalq miqyasda nüfuzu
gündən-günə artan qüdrətli bir dövlətə çevrildiyini və bu siyasətin
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini
diqqətə çatdırıb. Akademiya rəisi Azərbaycanın 44 günlük Vətən
müharibəsində şanlı qələbəsinin məhz Ümummilli lider Heydər
Əliyevin ölkəyə yenidən rəhbərliyə qayıtdığı vaxtdan həyata
keçirilən genişmiqyaslı dövlətçilik, quruculuq, iqtisadiyyatın
inkişaf etdirilməsi, ordunun gücləndirilməsi işlərindən başladığını
vurğulayıb.

Çıxışının sonunda Qulu Novruzov ölkəmizin ərazi bütövlüyünün
bərpa edilməsi uğrunda canından və qanından keçən bütün şəhidlərə
rəhmət, qazilərə isə şəfa diləyərək xalqımızı bu əlamətdar gün
münasibətilə təbrik edib, dövlətimizə əbədi və sarsılmaz
müstəqillik arzulayıb.

Tədbirdə çıxış edən Akademiyanın rəis müavini prof. Cəmilə
Namazova Ulu Öndərin misilsiz tarixi xidmətləri barədə danışaraq,
Ümummilli liderin dünya azərbaycanlılarının qəlbində silinməz izlər
qoyduğunu, dahi şəxsiyyətin sərt və çətin sınaqlardan keçərək
Azərbaycan xalqının istiqlal ruhunu sönməyə qoymayan lider olduğunu
qeyd edib. Cəmilə Namazova Ümummilli Liderin zəngin siyasi irsinin
öyrənilməsi və dahi şəxsiyyətin Azərbaycanın hərtərəfli inkişafı
sahəsindəki misilsiz xidmətlərinin gənc nəslə çatdırılması
baxımından bu cür tədbirlərin davamlı şəkildə keçirilməsinin
əhəmiyyətini vurğulayıb.

Tədbirdə həmçinin Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini
özündə əks etdirən videoçarx nümayiş etdirilib.

Daha sonra tədbirdə tələbələrin Ümummilli lider Heydər Əliyevin
siyasi hakimiyyətə qayıdışı, dövlətimizin quruculuğunda,
möhkəmləndirilməsində və inkişafında dahi öndərin müstəsna
xidmətləri mövzusunda məruzələri dinlənilib

Leave A Reply

Your email address will not be published.