Gürcüstanı sülh və Cənubi Qafqazın inkişafı üzrə ümumi formata cəlb etmək lazımdır – Sabiq prezident

0 3

Bakı. Trend:

Azərbaycan, Ermənistan və Gürcüstanın bütün Cənubi Qafqazın
inkişafı naminə strateji məsələləri həll edəcəyi format yaratmaq
lazımdır.

Trend-in məlumatına görə, bunu Gürcüstanın
sabiq prezidenti Giorgi Marqvelaşvili “Qlobal dünya nizamına
təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu çərçivəsində
jurnalistlərə deyib.

“Sülh məsələsi Qafqazda daha əhəmiyyətlidir. Prezident İlham
Əliyevin bu mövzuda çıxışına qulaq asmaq maraqlı idi”, – deyə o
bildirib.

G.Marqvelaşvilinin sözlərinə görə, Gürcüstanı postmünaqişə
dövründə sülh və Cənubi Qafqazın gələcək inkişafı məsələlərinin
həlli üzrə ümumi formata cəlb etmək lazımdır.

“Gürcüstan və Azərbaycan strateji tərəfdaşlardır, amma
Ermənistanla da münasibətləri inkişaf etdirmək lazımdır”, sabiq
prezident deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Leave A Reply

Your email address will not be published.