Hərbi hissənin yaradılmasının ildönümü qeyd edilib (FOTO)

0 7

Bakı. Trend:

“N” hərbi hissənin yaradılmasının ildönümü münasibətilə tədbir
keçirilib.

Müdafiə Nazirliyindən Trend
verilən məlumata görə, Əvvəlcə xalqımızın ümummilli lideri Heydər
Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid
olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
Respublikasının Dövlət himni səsləndirilib.

Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor Azər Əliyev
tədbir iştirakçılarını və qonaqları salamlayıb. Bildirib ki, hərbi
hissə yarandığı gündən bəri uğurlu döyüş əməliyyatları keçirib.
Birinci Qarabağ və Vətən müharibəsində hərbi hissənin qarşısında
qoyulan döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəlib.

Tədbirdə ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində
apardığı siyasətin bu gün Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyi xüsusi vurğulanıb.

Sonda xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən bir
qrup hərbi qulluqçu mükafatlandırılıb və məktəblilər tərəfindən
tədbir iştirakçılarına ədəbi-bədii kompozisiya təqdim edilib.

Leave A Reply

Your email address will not be published.