İdmançılarımız bədii gimnastika üzrə Avropa çempionatında finala çıxıb (FOTO)

0 12

Bakı. Trend:

Bədii gimnastika üzrə Azərbaycan milli komandası İsrailin
Təl-Əviv şəhərində Avropa çempionatında iştirak edir.

Trend-in
məlumatına görə, Azərbaycanı turnirdə böyüklər yaş qrupunda fərdi
proqramda Zöhrə Ağamirova və Arzu Cəlilova, gənclər yaş qrupunda
Alina Məmmədova, Kamilla Qafarova və Mədinə Dəmirova təmsil
edir.

Yarışların ilk günündə gənclər arasında təsnifatda Alina
Məmmədova topla hərəkətlərdə, Kamilla Qafarova halqa və gürzlərlə
hərəkətlərdə, Mədinə Dəmirova lentlə hərəkətlərdə finala vəsiqə
qazanıb

Avropa çempionatı iyunun 19-dək davam edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Leave A Reply

Your email address will not be published.