İndiyə qədər sahibkarların investisiya layihələrinin maliyyələşməsinə 2,7 milyard manat ayrılıb

0 4

Bakı. Trend:

Bu günə qədər ölkədə sahibkarların 41 minə yaxın investisiya
layihələrinin maliyyələşməsinə 2,7 milyard manat vəsait
ayrılıb.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini
Niyazi Səfərov «Partners and Business» Baku 2022 — yerli
şirkətlərin tanıtım sərgisinin açılış mərasimində deyib.

O qeyd edib ki, biznes sahəsində əsas məqamlardan biri
sahibkarlıq subyektlərinin maliyyə mənbələrinə çıxışının təmin
edilməsidir.

«Sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi özəl
sektorun maliyyə resursları ilə təmin edilməsində əsas alətlərdən
biridir. Ölkədə sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin
yaradılması istiqamətində əsaslı şəkildə islahatların aparılması
hazırda həyata keçirilən inkişaf strategiyasının tələblərindən
irəli gəlir», — nazir müavini bildirib.

Leave A Reply

Your email address will not be published.