İsmayıllıda qızıl mağazasında soyğunçuluq edən şəxs saxlanılıb

0 5

Bakı. Trend:

İsmayıllı Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən ona
məxsus qızıl-zinət əşyalarının alqı-satqısı mağazasına gələn
tanımadığı bir nəfərin soyğunçuluq, yəni açıq talama yolu ilə 2100
manat dəyərində olan qızıl boyunbağını ələ keçirdiyini
bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, müraciət
əsasında polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz
əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə
şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər də oğurluq və
dələduzluq əməllərinə görə məhkum olunmuş Elbəy İmanov Bakı
şəhərində saxlanılıb. O, ifadəsində qeyd edilən hadisəni
törətdiyini etiraf edib. Elbəy İmanov boyunbağını paytaxtda
satdığını, əldə etdiyi pulu isə əyləncə mərkəzlərində xərclədiyini
bildirib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi
başlanılıb, istintaq aparılır.

Leave A Reply

Your email address will not be published.