İsveç Türkiyənin narahatlığını ciddi qəbul edir — Baş nazir

0 5

Bakı. Trend:

İsveç hakimiyyəti Stokholm və Helsinki NATO-ya üzvlüklə bağlı
Türkiyənin təhlükəsizlik narahatlıqlarını çox ciddi qəbul edir.

Trend-in
məlumatına görə, bu barədə İsveçin baş naziri Maqdalena Andersson
NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransı
zamanı deyib.

«Biz Türkiyənin narahatlığını ciddi qəbul edirik və Finlandiya
ilə birlikdə onları həll etməyə çalışırıq. NATO və onun üzv
dövlətlərinə təklif edəcəyimiz bir şey var. İsveç və Finlandiya
Türkiyənin də daxil olduğu NATO ölkələrinin təhlükəsizliyinə töhfə
verəcək»,- deyə M.Andersson bildirib.

Y.Stoltenberq, öz növbəsində, Türkiyənin terror təşkilatı PKK
ilə mübarizə ilə bağlı ifadə etdiyi narahatlıqlarla bağlı hər iki
Skandinaviya ölkəsi ilə sıx dialoq apardığını qeyd edib.

NATO rəhbəri, həmçinin qeyd edib ki, baş nazir M.Andersson İsveç
hökumətinin Türkiyənin narahatlığına cavab verməyə hazır olduğunu
təsdiqləyib.

Y.Stoltenberq bütün NATO müttəfiqlərinin təhlükəsizlik
problemlərinə diqqət yetirməyin vacibliyinə diqqət çəkib.

Leave A Reply

Your email address will not be published.