Roma, 16 iyun, AZƏRTAC
İtaliyada COVID-19-la mübarizə tədbirləri çərçivəsində uzun müddətdir qüvvədə olan ictimai nəqliyyatda maskadan istifadə öhdəliyi bağlı qaydaların müddəti sentyabrın sonuna qədər uzadılıb.
AZƏRTAC xəbər verir ki, Nazirlər Şurası maskalardan istifadə ilə bağlı qəbul etdiyi yeni qərarlara əsasən, təyyarələrdə, teatrlarda, kinoteatrlarda və qapalı idman tədbirlərində maskalardan istifadə tələbi ləğv edilib. Lakin virusun yayılma riskinin yüksək olması ilə əlaqədar ictimai nəqliyyatda maskalardan istifadə öhdəliyinin müddəti sentyabrın 30-dək uzadılıb. Həmçinin səhiyyə müəssisələrində və qocalar evlərində maskalardan istifadə tələbi sentyabrın sonunadək davam edəcək.
Qeyd edək ki, İtaliyanın səhiyyə naziri Roberto Speranzanın COVID-19 testinin nəticəsi müsbət çıxıb. R.Speranzanın özünütəcrid etdiyi və Nazirlər Şurasının iclasına videokonfrans vasitəsilə qoşulduğu bildirilib.
İtaliyada bu vaxtadək koronavirusa ümumi yoluxma sayı 17,7 milyonu, virusun qurbanlarını sayı isə 167,5 mini olub. Ölkədə virusa gündəlik yoluxma sayı 7-40 min arasında dəyişir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
AZERTAG.AZ :İtaliyada ictimai nəqliyyatda maskadan istifadə tələbi sentyabrın sonunadək qüvvədə olacaq
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin