IX Qlobal Bakı Forumu çərçivəsində birinci panel iclası keçirilib (FOTO)

0 3

Bakı. Trend:

İyunun 16-da IX Qlobal Bakı Forumu çərçivəsində “Ukrayna
müharibəsi, müqavimət, qaçqınlar, yenidənqurma” mövzusunda birinci
panel iclası keçirilib.

Trend-in məlumatına görə, Amerika Xarici Siyasəti üzrə Milli
Komitənin prezidenti və baş icraçı direktoru Suzan Eliotun
moderatorluğu ilə keçirilən paneldə kiberhücumlar da daxil olmaqla,
hibrid müharibənin yeni növlərinə qarşı tədbirlər, müharibədən
sonra Ukraynanın yenidənqurulmasının təşkili və bir sıra mövzular
çərçivəsində müzakirələr aparılıb.

Panel iclasında çıxış edən Ukraynanın keçmiş birinci xanımı
Katerina Yuşenko qeyd edib ki, dünya təhlükəsizliyinə yeni bir
baxış olmalıdır. Hazırkı problemlərin nəticələri gələcək nəsillərə
də təsir edə bilər.

Xorvatiyanın sabiq prezidenti Kolinda Qrabar-Kitaroviç bildirib
ki, əsas məsələ müharibənin dayandırılması və bərpa-quruculuq
işlərinin aparılmasıdır.

Panel iclas digər iştirakçıların müzakirələri ilə davam
edib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal
problemlərin həlli yollarını araşdıran və bu barədə dünya
ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib.
Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq
ildən-ilə artmaqdadır.

Bu dəfə “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunan
Qlobal Bakı Forumunda 50-dın çox ölkənin, eləcə də nüfuzlu
beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. İyunun
18-dək davam edəcək Forumda qlobal dünya nizamını təhdid edən mühüm
problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin
olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan
tədidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və
inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun
qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun
transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr
aparılacaq.

Leave A Reply

Your email address will not be published.