IX Qlobal Bakı Forumu çərçivəsində növbəti panel iclası keçirilib (FOTO)

0 5

Bakı. Trend:

İyunun 16-da IX Qlobal Bakı Forumu çərçivəsində “Qlobal
təhlükəsizlik arxitekturasının yenidən nəzərdən keçirilməsi və sülh
perspektivləri” mövzusunda növbəti panel iclası keçirilib.

Trend-in məlumatına görə, Belçikanın sabiq baş naziri Yves
Letermenin moderatorluğu ilə keçirlən iclasda daha effektiv qlobal
təhlükəsizlik arxitekturasını necə dizayn edə bilər, regional
təşkilatlar necə rol oynaya bilər, kosmosun hərbiləşdirilməsi
risklərini məhdudlaşdırmaq üçün edilməli olanlar və bir sıra
mövzular çərçivəsində müzakirələr keçirilib.

Paneldə çıxışı zamanı İsrailin sabiq xarici işlər naziri Tzipi
Livni bildirib ki, problemlər ümid edilərək yox, reallıqları olduğu
kimi dərk edərək həll edilməlidir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev
isə qeyd edib ki, qlobal birlik yeni reallıqlara uyğunlaşmalıdır.
Azərbaycan artıq Qoşulmama Hərəkatının sədri kimi uğurlu
təşəbbüslər irəli sürüb.Çoxtərəfli münasibətlər prinsipi Azərbaycan
kimi ölkələrə öz fikrimizi bildirmək üçün platforma yaradır.

Panel digər iştirakçıların müzakirələri ilə davam edib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal
problemlərin həlli yollarını araşdıran və bu barədə dünya
ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib.
Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq
ildən-ilə artmaqdadır.

Bu dəfə “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunan
Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu
beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. İyunun
18-dək davam edəcək Forumda qlobal dünya nizamını təhdid edən mühüm
problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin
olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan
tədidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və
inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun
qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun
transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr
aparılacaq.

Leave A Reply

Your email address will not be published.