IX Qlobal Bakı Forumu çərçivəsində üçüncü panel iclası keçirilib (FOTO)

0 3

Bakı. Trend:

İyunun 16-da IX Qlobal Bakı Forumu çərçivəsində “Enerji
təhlükəsizliyinə bugünkü təhdidlər: onların təbiəti, əhatə dairəsi”
mövzusunda növbəti, üçüncü panel iclası keçirilib.

Trend-in məlumatına görə, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri
Robert Sekutanın moderatorluğu ilə keçirilən iclasda yaxın
perspektivdə Rusiya nefti və təbii qazının alışını azaltmaq
planlarının reallıq dərəcəsi, neft təbii qaz hasil edən ölkələrin
atdığı addımlar, qlobal karbon emissiyalarını azaltmaq üçün lazım
olan bərpaolunan hidrogen mənbələrinə və digər texnologiyalara
keçidin təsirləri mövzusunda müzakirələr keçirilib.

Paneldə çıxışı zamanı Bolqarıstanın sabiq prezidenti Rosen
Plevneliev qeyd edib ki, hər bir sahədə Azərbaycan çox sadiq
tərəfdaşdır.

Azərbaycan energetika nazirinin müavini Elnur Soltanov bildirib
ki, Azərbaycanın qaz ixracının həcmini artırmaq potensialı var.
«Yaşıl enerji» potensialı da çox perspektivlidir və biz bu
istiqamətdə xarici tərəfdaşlarla uğurla işləyirik.

Panel müzakirələrlə davam edib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal
problemlərin həlli yollarını araşdıran və bu barədə dünya
ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib.
Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq
ildən-ilə artmaqdadır.

Bu dəfə “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunan
Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu
beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. İyunun
18-dək davam edəcək Forumda qlobal dünya nizamını təhdid edən mühüm
problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin
olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan
tədidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və
inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun
qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun
transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr
aparılacaq.

Leave A Reply

Your email address will not be published.