IX Qlobal Bakı Forumunun dünyadakı mövcud problemlərin həlli istiqamətində əhəmiyyətli rolu olacaq – Latviyanın sabiq prezidenti (ÖZƏL)

0 3

Bakı. Trend:

IX Qlobal Bakı Forumunun dünyada mövcud problemlərin həlli
istiqamətində əhəmiyyətli rolu olacaq.

Bunu Trend-ə özəl açıqlamasında Latviyanın sabiq prezidenti
Valdis Zatlers deyib.

Onun sözlərinə görə, Bakıda baş tutan forumda bir çox ölkə
təmsil olunur.

“Azərbaycanın balanslı siyasəti var. Bu səbəbdən bu cür qlobal
əhəmiyyətə malik forum Bakıda keçirilir və düşünürəm ki,
Azərbaycanın apardığı balanslı siyasət bir çox problemin həllinə
təkan verəcək. Forum çərçivəsində aparılan müzakirələrin müsbət
nəticələr verəcəyini düşünürəm”,- deyə sabiq prezident əlavə
edib.

Qeyd edək ki, “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr
olunan IX Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də
nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
İyunun 18-dək davam edəcək Forumda qlobal dünya nizamını təhdid
edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün
təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan
tədidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və
inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun
qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun
transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr
aparılacaq.

Leave A Reply

Your email address will not be published.