İyunun 19-da rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək

0 3

Bakı. Trend:

19 iyun 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən
rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri
üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) imtahanı
keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, imtahanda
1021 namizəd iştirak edəcək. Onlardan 795 nəfər Azərbaycan, 226
nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 447
nəfəri oğlan, 574 nəfəri isə qızdır. 558 nəfər cari ilin, 463 nəfər
əvvəlki illərin məzunudur. 8 nəfər xarici ölkə vətəndaşıdır.

İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahan saat
11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın
başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa
çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına
buraxılmır.

İmtahanda iştirak edən namizədlər DİM-in internet saytına daxil
olaraq “İmtahana
buraxılış vərəqəsi
”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə
yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada
namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların
əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar
çatdırılır.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

— şəxsiyyəti təsdiq edən sənədin əsli;

— “İmtahana buraxılış vərəqəsi».

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək
lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə
vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat
daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası,
lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək
qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları
gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin
səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane
olur.

İmtahanların keçirilməsi üçün ümumilikdə 5 imtahan binası, 13
imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 87 nəzarətçi-müəllim, 11
buraxılış rejimi əməkdaşı (mühafizə) və 5 bina nümayəndəsi
ayrılıb.

Leave A Reply

Your email address will not be published.