Kəlbəcərdə əsgərimiz bədbəxt hadisə nəticəsində ölüb (ƏLAVƏ OLUNUB)

0 11

Bakı. Trend:

Hərbi Prokurorluq Kəlbəcərdə əsgər ölümü ilə bağlı məlumat
yayıb.

Hərbi Prokurorluqdan Trend
verilən məlumata görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin
N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyarov Riyad
Məmməd oğlunun 13 iyun 2022-ci il tarixdə Kəlbəcər rayonu
ərazisində elektrik cərəyanının vurması nəticəsində ölməsi barədə
Kəlbəcər Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında
əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş
üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş,
izahatlar alınmış, müvafiq ekspertizalar təyin edilmiş və digər
zəruri hərəkətlər icra edilib.

“Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma davam
etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün
tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi
təmin olunacaq”.

XXX

10.00

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində bədbəxt hadisə baş
verib.

Trend-in məlumatına görə, hadisə ötən gün Kəlbəcər rayonunun
Çopurlu kəndi yaxınlığında baş verib.

Həmin ərazidə yerləşən hərbi hissədə xidmət edən, 2003-cü il
təvəllüdlü əsgər Əliyarov Riyad Məmməd oğlunu ehtiyatsızlıqdan
cərəyan vurub. Əsgər hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırmalara
başlanılıb.

Leave A Reply

Your email address will not be published.