Kəlbəcərdə əsgərin ölümü ilə bağlı cinayət işi başlanıb

0 7

Bakı. Trend:

Kəlbəcərdə N saylı hərbi hissədə əsgərin cərəyan vurması
nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb.

Respublika Hərbi Prokurorluğunun Mətbuat xidmətindən Trend-ə
verilən məlumata görə, fakkt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və
ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd
münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və
ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi
ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq
ekspertizalar təyin olunmuş və digər istintaq hərəkətləri həyata
keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə
uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

Leave A Reply

Your email address will not be published.