Mərkəzi Bank nağdsız ödənişlərin genişləndirilməsi işlərini davam etdirir

0 4

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı nağdsız ödənişlərin genişləndirilməsi
məqsədilə iri layihələr reallaşdırıb və bu işlər bu gün də davam
edir.

Trend-in
məlumatına görə, bunu Mərkəzi Bankın baş direktoru Fərid Osmanov
Bakıda maliyyə texnologiyaları sammitində deyib.

«2022-ci ilin iyunun 1-ə olan vəziyyətə görə, Azərbaycanda 12,4
miyon bank kartı qeydiyyata alınıb ki, bu da ötən ilin eyni dövrü
ilə müqayisədə 20 faiz çoxdur. Nağdsız ödənişlər 2,1 dəfə artaraq
8,1 milyard manata çatıb, ümumi dövriyyədə artım 12 faiz təşkil
edib. Elektron kommersiyanın payına 6 milyard manat düşüb», — deyə
o bildirib.

O, həmçinin əlavə edib ki, Mərkəzi Bankın 2025-ci ilədək yol
xəritəsinə uyğun olaraq maliyyə texnologiyası layihələri ilə
əməkdaşlığın genişləndirilməsi, ilin sonunadək bu sahədə bir sıra
qanunların qəbul edilməsi planlaşdırılır.

(Tərcümə: Orxan Nəbiyev)

Leave A Reply

Your email address will not be published.