Mərkəzi Gömrük Hospitalında İsrailin Səhiyyə Nazirliyinin nümayəndəsi ilə görüş keçirilib

0 7

Bakı. Trend:

Azərbaycana səfər edən İsrail Dövlətinin Səhiyyə Nazirliyinin
şöbə mudiri İzabella Karakas ilə Mərkəzi Gömrük Hospitalında görüş
keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov və rəis müavini
İsmayıl Əfəndiyev iştirak ediblər.

“İsrail Tibb Günü” missiyasının ölkələrarası əlaqələrin
inkişafına, bu sahədə əməkdaşlığın genişləndirilməsinə böyük töhfə
verəcəyini bildirən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov Mərkəzi Gömrük
Hospitalında icra olunan unikal əməliyyatlar, eyni zamanda COVID-19
pandemiyası dövründə görülən işlərdən ətrfalı məlumat verib. Ceyhun
Məmmədov qeyd edib ki, İsrailli həkimlərin hazırkı missiyası son
dərəcə mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu cür tədbirlərin
keçirilməsi hər iki ölkənin həkim və tibb işçilərinin bilik və
bacarıqlarının artırılması, təcrübə qazanması baxımından təqdirə
layiqdir.

İsrailin Səhiyyə Nazirliyinin nümayəndəsi İzabella Karakas tibb
sahəsində əldə olunan nailiyyətlər, ölkələrimiz arasında sıx
əməkdaşlıq və bu missiya çərçivəsndə Azərbaycanda həyata
keçirdiklər tədbirlər barədə ətraflı məlumat verib. Həmçinin,
İzabella Karakas ətraf mühitin epidemioloqu kimi apardığı
tədqiqatlar, uşaqların sağlamlığı, o cümlədən uşaqlarda ana
bətnində yaranan ilkin problemlərdən danışıb.

Leave A Reply

Your email address will not be published.