Masallıda 20-dən artıq sürücü cərimələnib (FOTO)

0 9

Bakı. Trend:

Yay turizm mövsümü ilə əlaqədar olaraq rayonlara gələnlərin
sayının çoxalmasını və nəqliyyat vasitələrinin hərəkət
intensivliyinin artmasını nəzərə alaraq yollarda baş verə biləcək
qəzaların qarşısının alınması və nəqliyyat vasitələrinin təhlükəsiz
hərəkətinin təmin olunması məqsədilə Masallı Rayon Polis Şöbəsinin
dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən rayon
ərazisində nəzarət tədbirləri gücləndirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, keçirilən
nəzarət-profilaktiki tədbirlər nəticəsində sürücülük hüququ olmadan
sükan arxasına keçən, sərnişindaşıma və yükdaşıma qaydalarını
pozan, nəqliyyat vasitəsinə kobud konstruksiya dəyişikliyi edən,
avtomobilin texniki baxışdan keçirilməsini təmin etməyən və digər
qayda pozuntularına yol verən sürücülər aşkarlanıb.

Aşkarlanan qayda pozuntularının hər biri ilə bağlı qanunamüvafiq
qaydada tədbirlər görülüb. Ümumilikdə 20-dən artıq sürücü barəsində
inzibati qaydada protokol tərtib edilib.

Leave A Reply

Your email address will not be published.