May ayında Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlak sayı 500-ü keçib

0 4

Bakı. Trend:

2022-ci ilin yanvar-may aylarında Azərbaycan vətəndaşları
Türkiyədə 571 daşınmaz əmlak satın alıblar ki, bu da 2021-ci ilin
eyni dövrü ilə müqayisədə 142 obyekt daha çoxdur.

Trend xəbər verir ki, TurkicWorld bu barədə Türkiyənin Torpaq Kadastrı və
Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən məlumat
verir.

Məlumata görə, 2022-ci ilin may ayında Azərbaycan vətəndaşları
Türkiyədə 118 daşınmaz əmlak alıblar ki, bu da 2021-ci ilin may ayı
ilə müqayisədə 71 obyekt çoxdur.

2022-ci ilin may ayında Türkiyədə 122 min 768 əmlak satılıb ki,
bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 107 faiz çoxdur.

Digər ölkə vətəndaşları may ayında Türkiyədən 5 min 962 əmlak
alıblar ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə
çoxdur.

Leave A Reply

Your email address will not be published.