MEK tərəfindən Qırğızıstan-Türkiyə Manas Universiteti Kitabxanasına nəşrlər göndərilib

0 4

Bakı. Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi
Kitabxanası (MEK) tərəfindən Qırğızıstan-Türkiyə Manas Universiteti
Kitabxanasına mübadilə yolu ilə nəşrlər göndərilib.

MEK-dən Trend-ə bildirilib ki, MEK-in baş direktoru professor
Məmməd Əliyevin təşəbbüsü ilə göndərilən bu nəşrlər Azərbaycanın
tarixini, mədəniyyətini, coğrafiyasını özündə əks etdirir. Bunların
sırasında “Тайны Баку” (Сейран Велиев), “Реальная История, и
Вымысел О “Великой Армении”” (Ягуб Махмудоб), “Фальшивая История
Хайев Моисея Хоренского” (Аббас Исламов), “Геноцид Азербайджанцев В
Иреванской Губернии (1918-1920)” (И.Нифтаниев), “Геноцид
Азербайджанцев В Карабахском Регионе Азербайджана (1918-1920)”
(Н.Мамедзаде), “Azərbaycan Miniatürləri” (dörd dildə) və digər
kitablar yer alıb.

Sözügedən nəşrlər universitetin kitabxanasına Manas
Universitetinin Türk Ağsaqqalları Birliyinin (TAİB),
Qırğızıstan-Türkiyə Manas Universitetinin və Azərbaycanın
Qırğızıstandakı səfirliyinin birgə təşkilatçılığı ilə 15 İyun –
Milli Qurtuluş Gününə həsr olunmuş “Tarix yazan liderlər”
mövzusunda keçirilən tədbir zamanı diaspor üzrə araşdırmaçı-ekspert
Elnur Eltürk tərəfindən təqdim edilib.

Qeyd edək ki, MEK tərəfindən belə bir təşəbbüsün irəli sürülməsi
hər iki kitabxana arasında beynəlxalq əlaqələrin
genişləndirilməsinə, informasiya bazalarının artırılmasına və
oxuculara daha yaxşı xidmət göstərməyə imkan yaradır.

Leave A Reply

Your email address will not be published.