Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçiriləcək

0 3

Bakı. Trend:

2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının
başlanması ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetinin
(MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri
keçirilir.

MDU-dan Trend
bildirilib ki, imtahan sessiyası dövründə tələbə və
magistrantların, həmçinin onların valideynlərinin yarana biləcək
suallarının operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı”
günləri hər həftənin cümə ertəsi günü hibrid formada təşkil
olunur.

Hibrid formada olan görüşlərdə MDU-nun tələbələri, magistrantlar
və onların valideynləri iştirak edə bilərlər.

Növbəti “Açıq qapı” günü 2022-ci ilin 16 iyun tarixində saat
16:00-da keçiriləcəkdir.

Görüşə qatılmaq istəyənlər [email protected] elektron poçt
ünvanına müraciət edə bilərlər.

Leave A Reply

Your email address will not be published.