Mini futbol üzrə milli komandamızın Avropa çempionu olması münasibətilə konsert olacaq

0 11

Bakı. Trend:

Məlum olduğu kimi Slovakiyada keçirilmiş Avropa çempionatında
minifutbol üzrə milli komandamız qalib gəlib. Millimiz tarixində
ikinci dəfə qatıldığı Avropa çempionatının finalında Rumıniya
millisinə 1:0 qalib gələrək qızıl medalların sahibi olub.

Trend-in məlumatına görə, bu
qalibiyyət münasibətilə iyunun 15-də saat 19.00-da Bakı bulvarının
ərazisində (Zəfər parkı ilə üzbəüz) konsert proqramı təşkil
olunacaq. Milli komandanın iştirakı ilə keçiriləcək konsert
proqramı mobil operator “Nar”ın dəstəyi ilə baş tutacaq. Tədbirin
təşkilatçıları Gənclər və İdman Nazirliyi, Azərbaycan Minifutbol
Federasiyası, “Azfar Group” və “Zirə” Peşəkar Futbol Klubudur.

Konsert proqramında rəsmi şəxslər və minifutbol üzrə milli
komandanın baş məşqçisi Elşad Quliyev çıxış edəcək, xüsusi
avtobusla kubok tamaşaçılara təqdim olunacaq, müğənnilər Zülfiyyə
Xanbabayeva, Miri Yusif və Səmra çıxış edəcəklər.

Futbol azərkeşlərini və şəhərimizin sakinlərini konsert
proqramına dəvət edirik.

Leave A Reply

Your email address will not be published.