Minifutbol üzrə komandamız Avropa çempionatında peşəkarlığını nümayiş etdirdi — Orxan Məmmədov

0 3

Bakı. Trend:

Minifutbol üzrə Azərbaycan yığması Avropa çempionatında
peşəkarlığını nümayiş etdirib.

Trend-in
məlumatına görə, bu barədə jurnalistlərə “Zirə” futbol klubunun
fəxri prezidenti, Azərbaycan Minifutbol Federasiyasının təsisçisi
Orxan Məmmədov deyib.

«Azərbaycan komandası üçün ilkin olaraq Avropa çempionatında
iştirak və təcrübə toplamaq vacib idi. Lakin komanda hər oyunda öz
səviyyəsini yüksəldir, uğura doğru gedirdi, bu da idmançıların
özünə inamını artırıb», — deyə O.Məmmədov deyib.

O.Məmmədovun sözlərinə görə, bu idman növü üzrə infrastruktur
elə qurulacaq ki, Azərbaycanda minifutbol daha da inkişaf
etsin.

Orxan Məmmədov onu da qeyd edib ki, minifutbol üzrə növbəti
Avropa çempionatının keçiriləcəyi yer artıq müəyyənləşib, lakin
Federasiya gələcəkdə Avropa çempionatı və dünya çempionatının
Bakıda keçirilməsinin mümkünlüyü ilə bağlı danışıqlar aparacaq.

Xatırladaq ki, minifutbol üzrə milli komandamız tarixində ilk
dəfə Avropa çempionatının qalibi olub. Slovakiyanın Koşitse
şəhərində keçirilən həlledici görüşdə Azərbaycan yığması Rumıniya
yığmasını 1:0 hesabı ilə məğlub edib. Matçda yeganə qolu 25-ci
dəqiqədə Seymur Məmmədov vurub.

Bu gün Bakı Bulvarında minifutbol üzrə Azərbaycan yığmasının
Avropa çempionatında qələbəsi münasibətilə konsert təşkil
olunub.

Leave A Reply

Your email address will not be published.