Nikolas Maduro Azərbaycana işgüzar səfərə gəlib (FOTO)

0 4

Bakı. Trend:

Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro
iyunun 16-da Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Trend xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının
dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın
şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Venesuela Prezidentini Azərbaycanın Baş nazirinin birinci
müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur
Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.

Leave A Reply

Your email address will not be published.