Ombudsman tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilib (FOTO)

0 3

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı”
çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından
olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində
12 iyun – Ümumdünya Uşaq Əməyinə qarşı Mübarizə Gününə həsr
olunmuş, həmçinin “İnsan hüquqları və onun prinsipləri” mövzusunda
tədbirlər keçirilib.

Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun
müdiri Nigar Ağayeva çıxışı zamanı “İnsan Hüquqları Aylığı”
çərçivəsində tədbirlərin keçirilməsinə görə Sosial Xidmətlər
Agentliyinə və Həssas əhali qruplarından olan şəxslər üçün
Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə təşəkkürünü
bildirib, Aylığın məqsədi və əhəmiyyətini iştirakçıların diqqətinə
çatdırıb.

Tədbirlərin sonunda mövzuya dair maarifləndirici videoçarxlar,
həmçinin uşaqlar tərəfindən səhnəciklər nümayiş etdirilib. Eyni
zamanda, Aylıq çərçivəsində müəssisənin uşaq sakinlərinin iştirakı
ilə insan hüquqlarına dair hazırlanmış videoçarx təqdim olunub.

Leave A Reply

Your email address will not be published.