“Partners & Business” sərgi-konfransında məşğulluq xidmətləri və əlilliyi olan şəxslərin əl işləri təqdim edilir (FOTO)

0 9

Bakı. Trend:

Tədbir çərçivəsində ƏMAS-ın təqdimatı olub, əmək yarmarkası
keçirilib

Bu gün öz işinə başlayan “Partners and Business” Baku 2022 –
yerli şirkətlərin tanıtım sərgi-konfransında Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq
Agentliyi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi də
iştirak edir.

“Baku Crystal Hall”da təşkil olunan tədbirdə “Əmək və məşğulluq”
altsisteminin təqdimatına dair panel keçirilib, ƏMAS-ın əmək bazarı
iştirakçıları üçün əhəmiyyətindən bəhs olunub.

Dövlət Məşğulluq Agentliyinin xidmətlərinin və rəqəmsal
layihələrinin təqdim edildiyi tədbir çərçivəsində işsiz və
işaxtaranların məşğulluğuna dəstək məqsədilə əmək yarmarkası da
təşkil olunub. Yarmarkaya 20-yə yaxın şirkət tərəfindən 140-dan
artıq vakansiya çıxarılıb.

Üç gün davam edəcək sərgidə DOST İnklüziv İnkişaf və Yaradıcılıq
Mərkəzində müxtəlif istiqamətlər üzrə təlimlərə cəlb edilmiş
əlilliyi olan şəxslərin floristika, bədii oyma, vitraj, dulusçuluq
və s. növlərdə 110 əl işi təqdim edilərək satışı həyata
keçirilir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət
Məşğulluq Agentliyi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyası və “Marsol” MMC-nin
təşkilatçılığı, “Kapital Bank”ın tərəfdaşlığı ilə təşkil olunan
sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat,
logistika, tekstil və s. sahələrdə fəaliyyət göstərən 200-ə yaxın
yerli şirkətin məhsul və xidmətləri təqdim olunur.

Sərgi Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara
çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında
biznes tərəfdaşlığının inkişaf etdirilməsi və genişləndirilməsi
məqsədi daşıyır.

Leave A Reply

Your email address will not be published.