Bakı. Trend:
Paytaxt yollarındakı son vəziyyət açıqlanıb.
Bununla bağlı Bakı Nəqliyyat Agentliyindən Trend-ə bildirilib
ki, hazırda paytaxt yollarında vəziyyət aşağıdakı kimidir:
1. Tbiisi prospekti — Moskva prospekti ilə kəsişmədən başlayaraq
Çıraq Plazanın qarşısına qədər sıxlıq , İzmir küçəsi ilə kəsişmədən
başlayaraq 20 Yanvar dairəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə
edilir
2. Koroğlu Rəhimov küçəsi — F.Xoyski küçəsi ilə kəsişmədən
başlayaraq Xətai prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə
edilir
3. Abbasqulu ağa Bakıxanov küçəsi — Bakıxanov körpüsündən
başlayaraq Dədə Qorqud parkının qarşısına qədər sıxlıq müşahidə
edilir
4. Bakı Sumqayıt şossesi — Moskva prospektidə daxil olmaqla 20
Yanvar dairəsinə qədər sıxlıq müşahidə edilir
5. Mikayıl Useynov prospekti — Azneft dairəsinə qədər sıxlıq
müşahidə edilir
6. Bül Bül prospekti — Lev Tolstoy küçəsi ilə kəsişmədən
başlayaraq Zərifə Əliyeva küçəsi ilə kəsişməyə qədər sıxlıq
müşahidə edilir
7. Səməd Vurğun küçəsi — Xaqani küçəsi ilə kəsişmədən başlayaraq
Zərifə Əliyeva küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə
edilir
8. Ziya Bünyadov prospekti — Velotrekin qarşısından başlayaraq
Koroğlu metro stansiyası istiqamətdə Çermet körpüsünün üzərinə
qədər , Çermet körpüsündən başlayaraq 20 Yanvaar dairəsi
istiqamətdə Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə
edilir
9. Abdulvahab Salamzadə küçəsi — Tbilisi prospekti ilə
kəsişmədən başlayaraq Ziya Bünyadov prospekti ilə kəsişməyə qədər
sıxlıq müşahidə edilir
10. Zərifə Əliyeva küçəsi — Rəşid Behbudov küçəsi ilə kəsişmədən
başlayaraq Neftçilər prospektidə daxil olmaqla Azneft dairəsinə
qədər sıxlıq müşahidə edilir
11. Yusif Səfərov küçəsi — Ali Məhkəmənin qarşısından başlayaraq
Heydər Əliyev prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə
edilir