Prezident İlham Əliyev: Dırnaqarası statusla bağlı istənilən istinad yeni qarşıdurmaya gətirib çıxaracaq

0 6

Bakı. Trend:

Dırnaqarası statusla bağlı istənilən istinad yeni qarşıdurmaya
gətirib çıxaracaq.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Bakıda işə başlayan “Qlobal dünya nizamına
təhdidlər” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimindəki
çıxışında söyləyib.

Dövlətimizin başçısı deyib: “Təəssüflər olsun ki, biz Ermənistan
hökuməti tərəfindən dırnaqarası Dağlıq Qarabağın statusu ilə bağlı
fikirlərin səsləndirilməsinin şahidi oluruq. Bu, tamamilə
səmərəsizdir və Ermənistanın özü üçün təhlükəlidir. Dağlıq Qarabağ
mövcud deyil. Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan
parlamentinin qərarı ilə 1991-ci ilin sonlarında ləğv edilib. Bizim
ərazimizdə belə bir inzibati struktur yoxdur. Bu səbəbdən,
dırnaqarası statusla bağlı istənilən istinad yeni qarşıdurmaya
gətirib çıxaracaq. Ermənistan hökuməti bunu anlamalı və tarixi
yenidən yazmaq cəhdlərindən çəkinməlidir, çünki tarix artıq
yazılıb. Status məsələsinin gündəmə gətirilməməsi ilə bağlı şifahi
razılıq var idi. Təəssüflər olsun ki, bu, baş verir və bunun çox
ciddi nəticələri ola bilər. Ermənistan Azərbaycanın ərazi
bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycan üçün Ermənistanın
ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu
olmayacaq”.

Leave A Reply

Your email address will not be published.