Prezident İlham Əliyev: Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərsini unutmamalıdır

0 5

Bakı. Trend:

Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərsini
unutmamalıdır.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Bakıda işə başlayan “Qlobal dünya nizamına
təhdidlər” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimindəki
çıxışında söyləyib.

Dövlətimizin başçısı deyib: “Ermənistan Azərbaycanın ərazi
bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycan üçün Ermənistanın
ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq.
Tarixi nöqteyi-nəzərdən bizim bunu etməyə hüququmuz var. Ötən əsrin
tarixində aydın göstərilir ki, 1920-ci ilin noyabrında,
Azərbaycanın sovetləşməsindən sonra sovet hakimiyyəti Azərbaycanın
tarixi parçası olan Zəngəzuru Ermənistana birləşdirdi. Yəni,
Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etməyə cəhd
edəcəksə, nə üçün azərbaycanlılar Qərbi Zəngəzurda özləri üçün
status tələb etməsin? Həmin ərazilərin əhalisi tamamilə
azərbaycanlılardan ibarət olub. Bu yanaşma çıxılmaz vəziyyətə
gətirib çıxaracaq və hesab edirəm ki, Ermənistan hökuməti İkinci
Qarabağ müharibəsinin dərsini unutmamalıdır. Həmin dərsi yaxşı
öyrənməli və Azərbaycana qarşı hər hansı ərazi iddialarından
çəkinməlidir”.

Leave A Reply

Your email address will not be published.