Prezident İlham Əliyev: Hər iki tərəf xoş məramla çalışsa, biz sülh sazişini bir il ərzində imzalaya bilərik

0 4

Bakı. Trend:

Hər iki tərəf xoş məramla çalışsa, biz sülh sazişini bir il
ərzində imzalaya bilərik.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Bakıda işə başlayan “Qlobal dünya nizamına
təhdidlər” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimindəki
çıxışında söyləyib.

Dövlətimizin başçısı deyib: «Bizim mövqeyimiz ondan ibarətdir
ki, Minsk qrupu ilə bağlı Ermənistanda və ya digər ölkədə hər hansı
fərziyyə Azərbaycanda ancaq qıcıq doğurur. Biz münaqişəni həll
etdik, Minsk qrupu tərəfindən hazırlanmış və Madrid prinsipləri
adlandırılan prinsiplər öz həllini tapıb və artıq biz Ermənistanla
münasibətləri normallaşdırmaq, sülh sazişi imzalamaq üzərində
çalışmalıyıq. Hesab edirəm ki, hər iki tərəf xoş məramla çalışsa,
biz sülh sazişini bir il ərzində imzalaya bilərik. Daha sonra
Qafqaza sülh gələcək. Bizim Qafqazla bağlı baxışımız inteqrasiya və
əməkdaşlıqdan ibarətdir və Azərbaycan bir neçə dəfə buna start
verməyi, ilkin addımları atmağı təklif edib. Biz bu məsələ ilə
bağlı gürcüstanlı həmkarlarımızla məsləhətləşmə aparmışıq və
Gürcüstan hökuməti də bu ideyanı dəstəkləyir – Gürcüstanda
Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirləri
səviyyəsində üçtərəfli görüşün keçirilməsi və dialoqun
başlanılması. Təəssüflər olsun ki, Ermənistan bundan imtina
edir».

Leave A Reply

Your email address will not be published.