Qarabağ Dirçəliş Fondu ilə DEİK-in (Türkiyə) rəhbər heyəti arasında görüş keçirilib (FOTO)

0 7

Bakı. Trend:

13 iyun 2022-ci il tarixində Türkiyənin Xarici İqtisadi Əlaqələr
Şurasının (DEİK) Türkiyə-Azərbaycan Əməkdaşlıq Şurasının İcraiyyə
Komitəsinin nümayəndələri ölkəmizə səfəri çərçivəsində Qarabağ
Dirçəliş Fondunu ziyarət edib.

Görüşdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman
Hacıyev, Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK)
Türkiyə-Azərbaycan Əməkdaşlıq Şurasının İcraiyyə Komitəsinin sədri
Kemal Koloğlu və Komitə üzvləri iştirak ediblər.

Görüşdə Azərbaycan və Türkiyə arasında qarşılıqlı maraq doğuran
məsələlər və işğaldan azad edilən ərazilərin bərpası və yenidən
qurulması istiqamətində birgə əməkdaşlıq imkanları müzakirə
edilib.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev,
qonaqlara Qarabağ Dirçəliş Fondunun əsas missiyası, fəaliyyətinin
əsas istiqamətləri, prioritetləri, Fond tərəfindən həyata keçirilən
və cari layihələr haqqında ətraflı məlumat verib.

R.Hacıyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun
Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin Qarabağın uzun
onilliklər ərzində davam edən işğalına son qoyması ilə ölkəmizdə
həmrəyliyin və birliyin möhkəmlənməsində yaranan yeni reallıqlardan
danışıb.

Fondun İdarə Heyətinin sədri erməni işğalı nəticəsində Qarabağa
dəyən zərərin həcmi barədə danışarkən qeyd edib ki, işğaldan azad
edilən ərazilərdə bərpa və yenidənqurma işlərinin
sürətləndirilməsi, “Böyük Qayıdış”ın daha qısa zamanda həyata
keçirilməsi üçün dövlətin həyata keçirdiyi tədbirlərlə yanaşı,
cəmiyyətin həmrəylik göstərməsi və bu prosesdə yaxından iştirakı
olduqca zəruridir.

R.Hacıyev bildirib ki, hazırda dövlət başçısının tapşırığına
əsasən işğalından azad edilən ərazilərinin bərpası, dayanıqlı
inkişafının təmin olunması, həmin ərazilərdə ən müasir
infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası və
layiqli yaşayış şəraitinin yaradılması istiqamətində genişmiqyaslı
tədbirlər həyata keçirilir.

Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK)
Türkiyə-Azərbaycan Əməkdaşlıq Şurasının İcraiyyə Komitəsinin sədri
Kemal Koloğlu işğaldan azad edilən ərazilərdə bərpa və yenidənqurma
işlərinin aparılmasında öz dəstəklərini göstərməyə və müvafiq
sahələrdə təcrübələrini bölüşməyə hazır olduqlarını bildirib.

Görüşün sonunda xatirə şəkli çəkilib.

Leave A Reply

Your email address will not be published.