Qarabağdakı vəziyyət normallaşmaq tendensiyasına malikdir — Lavrov

0 6

Bakı. Orxan Nəbiyev — Trend:

Dağlıq Qarabağ münaqişə zonasındakı vəziyyət normallaşmaq tendensiyasına malikdir.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS agentliyinə müsahibəsində deyib.

Nazir Bakı və Yerevanın üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmək üzrə yanaşmalarını məmnunluqla qeyd edib:

«Tərəflərin yaranan sualların həlli ilə bağlı yüksək əməkdaşlıq səviyyəsini də qeyd etmək istərdim. Rusiya isə öz növbəsində atəşkəsin qarantı funksiyasını yerinə yetirməkdə davam edir. Rusiyalı sülhməramlılarla münasibətlərdə hər hansı təxribatçı addım qeydə alınmayıb. Gündəmdə dayanan əsas məsələlər atəşkəs rejiminin pozulmasına imkan verməmək, eləcə də bölgəni partlayıcı maddələrdən təmizləmək, əsirlərin və həlak olanların mübadiləsi, qaçqın və məcburi köçkünlərin təhlükəsiz qayıdışını təmin etmək, kəskin humanitar məsələləri həll etmək, mənsubiyyətindən asılı olmayaraq bütün tarixi abidələri mühafizə etmək, nəqliyyat və iqtisadi əlaqələri təmin etməkdir. İndiyədək həll olunmamış siyasi məsələlərə gədikdə isə, bir daha həm ölkə qismində, həm də ATƏT Minsk qrupunun həmsədri qismində tərəflərin hazır oduğu təqdirdə görüşlərin təşkil olunmasına kömək göstərməyə hazırıq».

Leave A Reply

Your email address will not be published.