Qazilərə göstərilən diqqət və qayğı göz önündədir – Vətən Müharibəsi Qəhrəmanı

0 7

Bakı. Trend:

Bizə bu qələbəni yaşadan Ali Baş Komandanımıza, eyni zamanda
ərazi bütövlüyümüzü təmin edən şəhid və qazilərimizə öz təşəkkürümü
bildirirəm.

Bu Trend-ə açıqlamasında Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər
Ağayev bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Vətən müharibəsi
iştirakçılarına göstərdiyi diqqət və qayğı göz önündədir: “Cənab
Prezident İlham Əliyevin bizə olan dəstəyini hər addımımızda hiss
edirik. Daim Vətən müharibəsi iştirakçılarının şəraitinin
yaxşılaşdırılması üçün müxtəlif işlər görülür. Həmçinin qeyd etmək
istərdim ki, sosial ödənişlərlə də təmin olunmuşuq. Buna görə də
dövlət başçısına və bizə diqqət göstərən qurumlara öz
təşəkkürlərimizi bildiririk”, – Vətən Müharibəsi Qəhrəmanı
deyib.

Leave A Reply

Your email address will not be published.