Qazilərin həyat və fəaliyyətinin yaxşılaşdırılması üçün müxtəlif lahiyələr keçirilir – Nazir müavini

0 7

Bakı. Trend:

Bu gün Milli Qurtuluş Günüdür və biz bu münasibətlə qazilərə
sosial dəstək tədbirlərini davam etdiririk.

Trend-in məlumatıma görə, bunu jurnalistlərə açıqlmasında əmək
və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov
bildirib.

Onun sözlərinə görə, sevindirici haldır ki, bu gün dövlətimiz
qazilərin yanındadır.

“Qazilərimiz bizim fərəh və qürur yerimizdir. Bildiyiniz kimi
dövlət tərəfindən həm mənzil təminatı proqramı həyata keçirilir,
həm də avtomobillərin verilməsi prosesi icra olunur. Bu gün 50
qazimizə avtomobil verildi. Həmçinin qeyd edim ki, bu il ərzində
verilmiş avtomobillərin sayı 100-ə çatıb. Ümumilikdə isə bu günə
qədər 7500 avtomobil verilib. Təbii ki, bütün bunlarla yanaşı
qazilərimizin həyat və fəaliyyətinin yaxşılaşdırılması yönündə
müxtəlif lahiyələr həyata keçirilir. İndiyə qədər yüz mindən artıq
bu cür həssas kateqoriyalara aid vətəndaşlarımız müxtəlif sosial
xidmətlər alıb. Qazilərimizlə bağlı reabilitasiya xidmətləri də
həyata keçirilir. 2500 qazimiz artıq müalicə alıb. Biz maksimum
çalışmalıyıq ki, iqtisadi gücümüz əhalinin və qazilərimizin
rifahının yaxşılaşdırılmasına yönəlsin”, – deyə nazir əlavə
edib.

Leave A Reply

Your email address will not be published.