Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Xidməti Rəqabət Məcəlləsini ən yeni çağırışlara
cavab verən formada hazırlayıb və Nazirlər Kabinetinə təqdim
edib.
Trend-in məlumatına görə, bunu Xidmətin rəisi Məmməd Abbasbəyli
“Partners and Business” Baku 2022 – yerli şirkətlərin tanıtım
sərgisinin açılış mərasimində deyib.
O qeyd edib ki, Məcəllə Milli Məclisə təqdim olunacaq.
“Ümidvarıq ki, Rəqabət Məcəlləsi bu il ərzində payız
sessiyasında Milli Məclisə təqdim olunacaq”, – deyə bildirib.