Rəssam Lətafət Məmmədova ilə görüş keçiriləcək

0 4

Bakı. Trend:

YARAT Müasir İncəsənət Məkanı Sizi, UNESCO — Beynəlxalq
İncəsənət Assosiasiyası, UNESCO -Beynəlxalq Plastik Sənətlər
Assosiasiyası və Türkiyənin Bakırköy Rəssamlar Dərnəyinin üzvü
Azərbaycan rəssamı Lətafət Məmmədova ilə görüşə dəvət edir.

Lətafət Məmmədova 1973-cü ildə Ə. Əzimzadə adına Rəssamlıq
Məktəbini müvəffəqiyyətlə bitirmişdir. Riqa, Vilnüs və digər
Baltikyanı şəhərlərin müxtəlif bədii kollektivlərində (1978-80-ci
illər) fəaliyyət göstərərək, yaradıcılığına görə çoxsaylı
mükafatlara layiq görülmüşdü. Yaradıcılıq fəaliyyəti ilə yanaşı o,
1980-2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin
müəllimi kimi daha sonra, İncəsənət bölməsinin rəhbəri vəzifəsində
çalışmışdır.

Moderator: Zəhra Məmmədova

Görüş Azərbaycan dilində keçiriləcəkdir.

Tarix: 17 iyun
Saat: 19:00
Məkan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi
Giriş sərbəstdir.
COVID pasportun təqdimi mütləqdir.

Əlavə məlumat üçün: +99450 251 41 15

Leave A Reply

Your email address will not be published.