Bakı. Trend:
2018-2022-ci illərdə 12 reabilitasiya və sosial xidmət
müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə
verilib, bir uşaq reabilitasiya müəssisəsi – Qəbələ Uşaq
Reabilitasiya Mərkəzi açılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, yaxın
aylarda Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsi, Şəmkir Uşaq
Reabilitasiya Mərkəzi də istifadəyə veriləcək.
Görülən işlər reabilitasiya mərkəzlərinin potensialının,
reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayının 3 dəfə
artmasına imkan verib.