Sabah 36 dərəcəyədək isti olacaq

0 3

Bakı. Trend:

İyunun 17-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən
yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, mülayim
şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Abşeron yarımadasında gecə 20-23° isti, gündüz 28-31°, Bakıda
gecə 20-22° isti, gündüz 28-30° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 50-60 % olacaq.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi gündüz arabir
güclənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, cənub
çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti
olacaq.

Əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi
şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı
gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 31-36° isti, dağlarda
gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.

Leave A Reply

Your email address will not be published.