Şamaxıda qədim bina qalıqları aşkarlanıb (FOTO)

0 4

Bakı. Trend:

Şamaxı şəhərindən 6 kilometr məsafədə, eyniadlı kəndin
yaxınlığında yerləşən Kələxana türbələri ətrafında arxeoloji
qazıntı işləri aparılır.

AMEA-dan Trend-ə verilən
məlumata görə, XVII əsrdə burada inşa edilən 9 türbədən 8-i
dövrümüzədək qalıb. Onlardan birinin üzərində tikilmə tarixi (hicri
1074-cü il – miladi 1663/1664-cü illər) və sərkar rütbəli memar
Əmir Əli oğlu Əbdüləzim tərəfindən inşa edildiyi göstərilir.

Arxeoloji qazıntı işləri türbələrin yaxınlığında aparılır.
Qazıntılara AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya
İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri, tarix elmləri
doktoru, professor Qafar Cəbiyev başçılıq edir. Ekspedisiya
rəhbərinin söylədiyi kimi, qısa müddət ərzində burada o dövrün dini
komplekslərindən birinə mənsub möhtəşəm bina qalıqları aşkar
edilib.

Abidə haqqında daha geniş elmi məlumat ictimaiyyətə
veriləcək.

Leave A Reply

Your email address will not be published.