Sercio Mattarella Prezident İlham Əliyevə məktub ünvanlayıb

0 3

Bakı. Trend:

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella iyunun
16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX
Qlobal Bakı Forumu ilə bağlı Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevə məktub ünvanlayıb.

Trend məktubu təqdim edir:

“Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri.

IX Qlobal Bakı Forumunda iştirak etməyim barədə Sizin dəvət
məktubunuzu aldım.

Təəssüf hissi ilə Sizə bildirməliyəm ki, qrafikimdə olan
institusional öhdəliklər səbəbindən bu tədbirdə iştirak edə
bilməyəcəyəm.

Mən əminəm ki, builki Forum da faydalı fikir mübadiləsi üçün
imkan yaradacaq. Seçdiyiniz mövzu – “Qlobal dünya nizamına
təhdidlər” bu niyyətin ifadəsidir.

Pandemiyanın iqtisadi və sosial təsirləri, həmçinin Rusiyanın
Ukraynaya qarşı təcavüzünün dəhşətli nəticələri ilə hazırkı
kontekst tələb edir ki, biz xalqlar arasında dialoq və əməkdaşlıq
dəyərlərini daha böyük əzmlə təbliğ etmək məsuliyyətini öz
üzərimizə götürək.

Beynəlxalq nizamın getdikcə pozulması riski ilə yanaşı,
imperializm və militarizm təhlükəsinin yenidən meydana çıxması
fonunda Bakıda keçirilən bu tədbir kimi təşəbbüslər daha da böyük
əhəmiyyət kəsb edir. Bu təşəbbüslər müxtəlifliyə hörmət, digər
mədəniyyətlərlə sistemli qarşılıqlı əlaqə və digərlərinin mühüm
ləyaqətinin eyni dərəcədə tanınmasına əsaslanır ki, bunlar da
dünyada sülh və sabitliyin təmin olunmasının əsas
elementləridir.

Fəaliyyətinizə dərin ehtiramımı bildirməklə mən Qlobal Bakı
Forumunun işinə səmimi-qəlbdən uğurlar diləyir və Sizə ən xoş
arzularımı çatdırıram.

Leave A Reply

Your email address will not be published.