Seyşel adalarında İspaniya gəmisində partlayış olub, iki nəfər ölüb

0 5

Bakı. Trend:

Seyşel adalarında dayanmış İspaniya gəmisində baş verən
partlayış nəticəsində ən azı iki dənizçi həlak olub.

Trend-in məlumatına görə, bu barədə «EFE» agentliyi xəbər
verib.

Məlumata əsasən, «Albacora Cuatro» balıqçı gəmisi təmirdə idi.
İlk fərziyyələrə görə, partlayış ammonyak sızması nəticəsində baş
verə bilərdi.

İspan şirkətinə məxsus olan 88 metrlik gəmi 1974-cü ildə suya
buraxılıb.

Leave A Reply

Your email address will not be published.