Şirvan şəhərində daha bir “Bizim həyət” istifadəyə verilib (FOTO)

0 5

Bakı. Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin
təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata
keçirilən «Bizim həyət» layihəsi çərçivəsində Şirvan şəhərində
sayca ikinci həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə
verilib.

IDEA İctimai Birliyindən Trend-ə verilən məlumata görə, Yenilənmiş həyət Şirvan
şəhəri Leytenant Mahmud İbrahimov küçəsi 4 və 20 Yanvar küçəsi 4A
ünvanında 400 nəfərə yaxın sakinin yaşadığı binaları əhatə
edir.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları
məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş
qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin
yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və
onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması
məqsədilə müxtəlif idman qurğuları, uşaqlar üçün oyun meydançaları
salınıb.

Sahəsi 1,5 ha olan həyətin ərazisində 4 ədəd söhbətgah inşa
edilib, oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətə
işıqlandırma dirəkləri qurulub, binaların fasadları, giriş
hissələri təmir olunub. Həyətin ərazisindəki mövcud yaşıllıqların
bərpası ilə yanaşı, əlavə olaraq 350 ədəd ağac və kollar əkilib,
yaşıllıq zolağı salınıb.

“Bizim həyət” layihəsinin əsas məqsədi həyətlərin ekoloji
cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu
təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin
formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam
şəraitinin yaradılmasıdır.

Leave A Reply

Your email address will not be published.