Şuşadakı konfrans Türkiyə-Azərbaycan münasibətlərinin növbəti təzahürüdür — Tahir Budaqov

0 4

Bakı. Trend:

“Dünən Şuşada baş tutan konfrans Türkiyə və Azərbaycan arasında
münasibətlərin növbəti təzahürüdür.

Trend-in məlumatına görə,
bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini — Mərkəzi
Aparatın rəhbəri Tahir Budaqov bu gün keçirilən mətbuat
konfransında deyib.

O bildirib ki, dünən bir neçə hadisənin əlamətdar olduğu gündə
keçirilən konfrans həm də rəmzi məna daşıyırdı: “Konfransda çox
ciddi mesajlar verildi və münasibətlərdə yeni mərhələnin əsası
qoyuldu. İqtidar partiyalarının təşkil etdiyi tədbirə digər
partiyaların da rəhbər heyətləri qatılmışdı. Azərbaycan tərəfindən
də dünənki konfransa 33 partiya sədri qatılmışdı. Bu da
Azərbaycanda yeni siyasi konfiqurasiyaya keçidin göstəricisi
idi”.

T.Budaqov işğaldan azad olunmuş ərazilərdə görülən bərpa və
quruculuq işlərində Türkiyə şirkətlərinin roluna da toxunub:
“Hazırda azad edilən ərazilərdə gedən bərpa və quruculuq işlərində
Türkiyə şirkətləri mühüm rol oynayır. Türkiyə şirkətlərinin gördüyü
işlər göz önündədir”.

Leave A Reply

Your email address will not be published.