TAP-ın işə salınması Avropanın enerji təhlükəsizliyini möhkəmləndirəcək – Albaniya prezidenti

0 4

Bakı. Trend:

Trans-Adriatik boru kəmərinin (TAP) işə salınması Avropanın
enerji təhlükəsizliyini möhkəmləndirəcək.

Trend-in
məlumatına görə, bunu Albaniyanın prezidenti İlir Meta “Qlobal
dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunda
çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda dünya Ukraynadakı vəziyyətdən,
davam edən pandemiyadan, enerji böhranından qaynaqlanan
problemlərlə üzləşir.

“Biz gözləyirik ki, Ukraynadakı müharibə artıq 2023-cü ildə
ərzaq çatışmazlığına gətirib çıxaracaq. Enerji təhlükəsizliyi də
təhdid altındadır, bu məsələ də forum çərçivəsində müzakirə
olunacaq”, – deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Leave A Reply

Your email address will not be published.